Seni sevdik, Gönül verdik Şanlı Galatasaray

Seni sevdik, Gönül verdik Şanlı Galatasaray

30 Eylül 2009 Çarşamba

Bakı”nın Bülənt Qorxmazı seçməsinin səbəbi məlum oldu


Bakı”nın Bülənt Qorxmazı seçməsinin səbəbi məlum olub. Qol.Az-ın məlumatına görə, bu haqda türkiyəli məşqçinin təqdimetmə mərasimində paytaxt klubunun baş meneceri Zeynal Məmmədov məlumat verib: “Bildiyiniz kimi, Coko Haciyevskinin istefasından sonra baş məşqçi postuna digər namizədlər də var idi. Lakin biz sonda Bülənt Qorxmaz variantına üstünlük verdik. Çünki komandamızın aşağı yaş qrupu üzrə bütün heyətlərinə türkiyəli məşqçilər nəzarət edir. Bu səbəbdən də əsas komandanın başına da türkiyəli məşqçi gətirmək qərarına gəldik. Belə hesab edirik ki, bütün yaş qrupu ilə yanaşı əsas komandanın da vahid sistemlə çalışması “Bakı”ya yalnız və yalnız xeyir gətirəcək”.

Büyük Kaptan İse Yaptığı açıklamada ;

Zeynal bəyə xoş sözlərə görə təşəkkür edirəm. Mən burada özümü legioner kimi hiss etmirəm. Sizin də məni belə görməyinizi istəyirəm”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Bakı”nın yeni baş məşqçisi Bülənt Qorxmaz təqdimetmə mərasimində çıxış edərkən deyib. Ötənlərin məşhur futbolçusu “Bakı”ya pul qazanmaq üçün gəlmədiyini söyləyib: “Bülənt Qorxmaz “Bakı”ya pul-para qazanmaq üçün gəlməyib. Mən də istəyirəm ki, gedəndən sonra Qorxmaz “Bakı” klubuna uğurlar qazandırdı desinlər. Fikrimcə, stadiona insanlar daha çox gəlməlidirlər. Çünki futbol azarkeşlər üçün oynanılır. Mənim üçün futbolçunun xarakteri daha önəmlidir. Xarakteri olan futbolçu isə hər zaman klubunu düşünəndir. Bu cür futboloçularla hər zaman çalışmağa hazıram. Ən qısa zamanda başqa bir “Bakı” görəcəksiniz. Lakin bunun üçün bir qədər zamana ehtiyac duyuruq. Antalyada keçəcəyimiz hazırlıq prosesində oyunçuları daha yaxından tanıyacağam”.Bülənt Qorxmaz “Bakı”nın hədəflərindən də danışıb: “Bizim məqsədimiz təkcə ölkə daxilində deyil, həm də avrokuboklarda uğur qazanmaqdır. Çünki mən istəyirəm ki, Türkiyədə olduğu kimi Azərbaycanda da insanlar Avropadakı uğura sevinib, küçələrə axışsınlar”.

Demişşşş .. :)

:) Bizede Hayırlı Olsun demek düşer

"O"Büyük kaptan idi, hiç bir zaman büyük teknik direktör olamadı ben hala büyük kaptan olarak hatırlamaktan yanayım

Hiç yorum yok: